“Retro filologiya” klubu film gecəsi təşkil edib
25 Aprel 2024 14:14
BDU Könüllüləri təşkilatı nəzdində fəaliyyət göstərən “Retro filologiya” klubunun təşəbbüsü ilə film gecəsi təşkil olunub. Tələbələr Əməkdar incəsənət xadimi Arif Babayevin rejissoru olduğu “Gün keçdi” filmini izləyiblər.
Filmdə iki gəncin uğursuz məhəbbətindən danışılır. Süjet bu gənclərin xarakteri, münasibətləri və taleyi üzərində qurulub. Oktay və Əsmər uşaqlıqda bir-birilərinə olan səmimi hisslərini xatırlayırlar, lakin həmin hissləri qaytarmaq iqtidarında deyillər.
Filmdəki epizodlar haqqında tələbələr fikir mübadiləsi aparıblar. İştirakçılara filmlə bağlı müxtəlif suallar verilib.
Tədbir film ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
Son XƏBƏRLƏR
08.10.2025 | 15:20
Professor Mətanət Abdullayevanın “Mənəviyyat xəzinəsi – klassik poeziya” mövzusunda elmi seminarı
07.10.2025 | 14:56
Səbinə Vəliyevanın açıq dərsi təşkil olunub
07.10.2025 | 13:56