Qızılgül Abdullayeva növbəti dəfə “İlin alimi” seçilib
27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqə komissiyasının qərarına əsasən, təbiət və texnika elmləri, həmçinin humanitar və ictimai elmlər üzrə universitetin yüksək nəticə göstərmiş ilk üç əməkdaşı qalib olub. Humanitar və ictimai elmlər üzrə müsabiqənin qaliblərindən biri Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva seçilib və “İLİN ALİMİ” adına layiq görülüb. Xatırladaq ki, BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə üç ildir keçirilir və Qızılgül Abdullayeva 2021-ci ildə də həmin müsabiqəsinin qalibi olub.
Nümunəvi elmi-pedaqoji fəaliyyəti ilə seçilən Qızılgül xanımı ürəkdən təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.