“Qeyri-verbal kommunkasiyanın təhlili və təşkili” mövzusunda təlim
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Qeyri-verbal kommunkasiyanın təhlili və təşkili” mövzusunda təlim keçirilib. Təlimçi Psixoloji Diaqnostika İnstitutunun Direktor müavini, Bakı Dövlət Universitetinin tələbəsi, idarəetmə psixoloqu David Poladov olub. David Poladovun təqdimatında qeyri-verbal kommunikasiyaya, yəni bədən dilinə həsr olunmuş təlimdə sözsüz görüşmək formalarından, salamlaşan zaman əlin tutulmasından, pozisiyadan asılı olaraq onların daşıdıqları mənalardan danışılıb. Həmçinin gündəlik həyatda, diplomatik sahələrdə, siyasi görüşlərdə bədən dilini bilməyin vacibliyi qeyd edilib, dominantlıq, manipulyasiya kimi mövzular barəsində məlumatlar verilib.
Sonda Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov belə maraqlı məlumatların gənclər üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, məzmunlu çıxışına görə təlimçiyə təşəkkürünü bildirib.