Qənirə Allahverdiyevanın açıq dərsi
BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müəllimi Qənirə Allahverdiyevanın Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İnformatika müəllimliyi” ixtisasının I kurs Ti91-cı qrupunda “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənnindən açıq dərsi keçirilib. “Time well spend” mövzusuna həsr olunmuş açıq dərsdə İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri Abbas Abbasov, dosent Gülşən Kərimova və Günay Rəfibəyli iştirak ediblər. Fənn müəllimi məşğələ dərsini jurnalı yoxlamaqla başlayıb, ardınca frontal sorğu aparıb. Müəllimin və tələbələrin verdiyi suallar və onların cavablandırılması mövzunu tam açıqlamağa, bütün aspektləri işıqlandırmağa imkan verib. Tələbələr dərsə hazırlıqlı olublar. Dərs prosesində fəndaxili, fənlərarası və fənlərüstü inteqrasiyalar həyata keçirilib. Dərsdə diqqəti çəkən maraqlı məqamlardan biri də tələbələrin sərbəst ingilis dilində danışıqları olub. Qənirə Allahverdiyevanın açıq dərsi kafedranın iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.