Professor Tofiq Hacıyevin “Müasir Azərbaycan dilinin qrammatikası. Morfologiya” dərsliyi işıq üzü görüb
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Müzəffər oğlu Hacıyevin “Müasir Azərbaycan dilinin qrammatikası. Morfologiya” dərsliyi işıq üzü görüb. Fənnin proqramına uyğun hazırlanmış dərslikdə müasir Azərbaycan dilinin qrammatikasının birinci bölməsi olan morfologiyanın əsas məsələləri: nitq hissələri, onların əsas qrammatik xüsusiyyətləri ətraflı şəkildə şərh olunmuş, qrammatika sahəsində indiyə qədər nəşr olunmuş tədqiqatlar sistemləşdirilməklə qoyulan məsələlərə yeni elmi aspektlərdən yanaşılmışdır. Kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri professorlar – Zemfira Şahbazova, Sənubər Abdullayeva və Nərgiz Hacıyevadır. Kitabdan dilçi alimlər, ali və orta məktəb müəllimləri, tələbələr magistrlər və doktorantlar istifadə edə bilərlər.