Professor Mətanət Abdullayeva V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransında məruzə edib
Azərbaycan Dillər Universitetinin və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə Bakıda V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransı keçirilib. Konfransda dünyanın 14 ölkəsinin – Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Almaniya, Fransa, Çexiya, İtaliya, Polşa, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və Gürcüstanın 102 universitetindən 234 elm adamı iştirak edib.
Konfrasda Bakı Dövlət Universitetini təmsil edən professor Mətanət Abdullayeva dəvətli məruzəçi qismində çıxış edib. Türk dünyasının görkəmli mütəfəkkirlərinin poetik söz sənətinin spesifik xüsusiyyətlərindən danışan məruzəçi qeyd edib ki, belə poetik söz sənəti nümunələri varoluşun, həyatın və insan fenomeninin sirlərini daşıyır, onlar bəşəri sirlərin həm qıfılı, həm də açarıdır; belə əsərlərdə konseptual metaforalar vasitəsi ilə yeni məna ənginlikləri açıla bilir.
Sonra professor Mətanət Abdullayeva konfrans iştirakçılarının suallarını cavablandırıb. Dinləyicilər, o cümlədən Səlcuq Universitetinin professoru Onur Köksal professor M.Abdullayevanın məruzəsini yüksək dəyərləndirib və ona gələcək tədqiqatlarında uğurlar arzulayıb.