Professor İlhamə Hacıyeva milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib
“Mirtalıblı Group” Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Mətbuatın dostları” adlı tədbir keçirib. Media nümayəndələrinin mükafatlandırlmasına həsr olunmuş və “Başkent” restoranında təşkil olunan tədbirdə BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Azərbaycan dili və nitq mədəniyyəti kafedra müdiri, professor İlhamə Hacıyeva, millət vəkili Vüqar İskəndərov, tanınmış jurnalistlər və həkimlər, nüfuzlu iş adamları iştirak ediblər.
Akademik Nizami Cəfərov və millət vəkili Vüqar İskəndərov çıxış edərək, Azərbaycan mətbuatının tarixindən və bugünündən, ana dilimizin inkişafında kütləvi informasiya vasitələrinin rolundan söz açıb, jurnalistlərə xoş sözlər və təbriklər ünvanlayıblar.
Tədbirin aparıcısı, BDU-nun kafedra müdiri, professor İlhamə Hacıyeva tanınmış media nümayəndələrinə diplom və hədiyyələr təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam edib.