Professor İlhamə Hacıyeva kimsəsiz və fiziki qüsurlu uşaqlarla keçirilmiş görüşdə iştirak edib
7 Aprel 2025 15:28

6 aprel 2025-ci il tarixində “Mirtalıblı Group” tərəfindən valideyn himayəsindən məhrum və fiziki cəhətdən qüsurlu uşaqlar üçün tədbir keçirilib. Tədbirə uşaqlarla yanaşı, şəhid anaları və qazilər də dəvət olunub. Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva kafedra adından uşaqlara maddi yardım göstərib.
Tədbirdə çıxış edənlər gələcəyimiz olan uşaqlara dövlət qayğısından söz açıb, onlara daimi diqqətin göstərilməsinin hər bir vətəndaş üçün nümunəvi addım olduğunu vurğulayıblar. Sonra uşaqlar üçün əyləncəli konsert proqramı təşkil edilib.
Son XƏBƏRLƏR
03.11.2025 | 13:35
“Dədə Qorqud” ETL-da “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib
27.10.2025 | 16:42
“Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib
23.10.2025 | 21:31