Professor İlhamə Hacıyeva Azərbaycanda ilk dəfə keçirilən “İnklüziv son zəng” tədbirində iştirak edib
İyunun 14-də Bakı şəhəri Sabunçu rayonu 170 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmi tərəfdaşlığı, “İnclusive Organization Company”nin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Azərbaycanda ilk dəfə “İnklüziv son zəng” tədbiri keçirilib. Tədbirin rəsmi hissəsində Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva, “Qabaqcıl təhsil işçisi”, pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılova, NR İnklüziv Mərkəzin təsisçisi və rəhbəri Nərmin Şabanqızı iştirak ediblər.
Professor İlhamə Hacıyeva çıxış edərək, məzunlara xoş arzularını çatdırıb, ölkəmizdə ilk belə təşəbbüsü yüksək qiymətləndirib.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan məzunlara professor İlhamə Hacıyeva və “Mirtalıblı Group” şirkəti tərəfindən hədiyyələr təqdim olunub. Məktəbin direktoru Ülviyyə Aslanova göstərilən diqqətə görə professor İlhamə Hacıyevaya və “Mirtalıblı Group” şirkətinə təşəkkürünü bildirib.