Pedaqoji təcrübədə olan tələbələrimiz açıq dərs aparıb
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Dil və ədəbiyyat müəllimliyi” (rus dili) ixtisası üzrə IV kurs, Fl-156 qrup tələbələri Rəfiqə Qasımova və Nərmin Kərimli pedaqoji təcrübə keçdiyi Bakı şəhəri Yasamal rayonu 175 nömrəli tam orta məktəbdə “Rus dili” fənni üzrə 5c və 5d siniflərində “Cуществительные, употребляющиеся только во множественном числе» mövzusunda açıq dərslər keçiriblər. Açıq dərsdə Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasının baş müəllimi Firavan Məmmədbəyli, Bakı şəhəri Yasamal rayonu 175 nömrəli tam orta məktəbin müəllimləri - İnarə Cəfərova və Şəlalə İbrahimova iştirak ediblər. Təcrübəci tələbələr dərsin əvvəlində şagirdlərin davamiyyətini və ev tapşırıqlarını yoxlayıblar. Sonra frontal sorğu aparılıb və şagirdlər mövzuya dair öz fikirlərini bildiriblər. Dərs zamanı təcrübəçi tələbə Rəfiqə Qasımova şagirdlərə vərəqlərdə tapşırıqlar paylayaraq, keçilən mövzu ilə bağlı yoxlama aparıb, digər təcrübəçi Nərmin Kərimli isə şagirdləri lövhəyə çağıraraq onlarla tapşırıqlar üzərində iş aparıb. Sonda açıq dərsdə iştrak edən müəllimlər dərsin gedişatı ilə bağlı fikirlərini bölüşüb, tələbələrə öz tövsiyələrini veriblər.