Özbəkistan alimləri Filologiya fakültəsində mühazirə keçiblər
Özbəkistanın Nəvai adına Dövlət Universitetinin Praktik ingilis dili kafedrasının müdiri Dilfuza Qafurova, kafedranın dosenti İstamova Dilnoza və kafedranın baş müəllimi Burhanova Məmurə BDU-nun Filologiya fakültəsinin tələbələrinə mühazirə keçiblər. Özbək alimləri Türkologiya kafedrasının dosenti Afaq Məmmədovanın “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisasında tədris etdiyi “Türkologiyaya giriş” və İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının professoru Əfqan Abdullayevin “Filologiya (İngilis dili və ədəbiyyatı)” ixtisasında tədris etdiyi “İngilis dili” fənlərindən tələbələrə mühazirə deyiblər. Hər iki fənn müəlliminin iştirakı ilə keçən mühazirədə qonaqlar mövzular üzrə audityoriya ilə fikir mübadiləsi aparıblar. Sonda özbək alimləri tələbələrin suallarını cavablandırıblar.