Özbək alimləri Rus dili kafedrasının qonağı olublar
22 May 2025 09:47

Özbəkistanın nüfuzlu ali təhsil müəssisəsinin nümayəndələri BDU-nun Filologiya fakültəsinin Rus dili ksfedrasının qonağı olublar. Özbəkistan universitetlərinin rusist alimləri ilə keçirilən görüşdə kafedra müdiri, dosent Tahir Əliyev universitetdə son illər rus dilinin tədrisi və tədqiqi sahəsində görülən işlərdən, kafedranın tədris və tədqiqat istiqamətlərindən geniş söz açıb, fakültədə nəşr olunan və AAK-ın reyestrinə daxil edilmiş “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalı haqqında məlumat verib.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə elmi seminarların keçirilməsinin vacibliyi vurğulanıb.
Son XƏBƏRLƏR
03.11.2025 | 13:35
“Dədə Qorqud” ETL-da “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib
27.10.2025 | 16:42
“Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib
23.10.2025 | 21:31