“Onomastika bir elm sahəsi kimi” mövzusunda ustad dərsi
BDU-nun Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının təşəbbüsü ilə 27 Mart – Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində filologiya elmləri doktoru, dosent Reyhan Həbiblinin “Onomastika bir elm sahəsi kimi” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə fakültənin professor-müəllim və tələbə heyəti iştirak edib.
Reyhan Həbibli məruzədə onomastikanın dilçilik sahəsi kimi mahiyyətindən, əsas xüsusiyyətlərindən, fənlərarası xarakterindən, xüsusi adların işlənmə qanunauyğunluqlarından söz açıb.
Ustad dərsi mövzu ilə bağlı müzakirə və çıxışlarla davam edib. İştirakçılar məruzəçiyə suallar ünvanlayıblar. Çıxışlarda onomastikanın əsas obyekti olan xüsusi adların dilin lüğət tərkibində mövqeyindən bəhs edilib, bu vahidləri araşdırmağın vacibliyi diqqətə çatdırılıb.