“Novruzun səsi” adlı tədbir keçirilib
“BDU könüllüləri” təşkilatının Filologiya və Jurnalistika fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə “Novruzun səsi” adlı tədbir keçirilib.
Təşkilatın Filologiya fakültəsi üzrə sədri Ayşə Quluzadə və Jurnalistika fakültəsin üzrə sədri Güllü Hacızadə açılış nitqi ilə çıxış edərək, tələbə və müəllimlərə bayram təbriklərini çatdırıblar.
Tədbirdə Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov tələbələri Novruz bayramı münasibətilə ürəkdən təbrik edib, gənclərin milli adət-ənənələrimizə olan marağını yüksək qiymətləndiriblər.
Sonra Türkiyənin Ege Universitetinin doktorantı Münəvvər Yavuz qardaş ölkədə Novruz bayramının keçirilməsindən və ortaq adətlərdən söz açıb.
Tədbirdə Jurnalistika fakültəsi könüllülərinin təşkilatçılığı ilə çəkilmiş Novruz adət-ənənələri ilə bağlı reportaj nümayiş olunub, sual-cavab tipli interaktiv oyun keçirilib, bayram əhval-ruhiyyəli şeirlər səsləndirilib, mahnılar ifa olunub.