Nigar Əhmədovanın elmi seminarı keçirilib
BDU-nun Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Rus və Azərbaycan dillərinin leksik sistemində “quş” konsepti” mövzusunda elmi seminar keçirilib. Tədbirdə kafedranın əməkdaşları və Filologiya fakültəsinin aktiv tələbələri iştirak ediblər.
Mövzu ilə əlaqədər çıxış edən Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müəllimi Nigar Əhmədova qeyd edib ki, apardığı tədqiqat rus dilçiliyinin aktual problemlərindən birinə həsr olunub. Bu mövzu rus və Azərbaycan dillərində demək, olar ki, araşdırılmayıb. Müəllif bildirib ki, bu məsələyə müqayisəli qrammatikanın tədqiqatı prinsiplərinə uyğun yanaşıb və maraqlı nəticələrə gəlib.
Seminarda iştirak edən müəllimlərlə müəllif arasında aktiv müzakirələr keçirilib. Kafedranın dosenti Rəna İmanova və baş müəllim Leyla Quliyeva mövzu ilə çıxışlar edib, məruzəni yüksək qiymətləndiriblər.
Seminar müzakirələrlə yekunlaşıb.