Nəbi Xəzrinin 100 illiyinə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetinin Filologiya və Sosial elmlər və psixologiya fakültələrinin Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Azərbaycanın görkəmli şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Rövşən Cavadov görkəmli şairin həyatından və yaradıcılıq yolundan danışıb.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeganə Xanlarova şairin poeziyasının bədii məziyyətləri, dil-üslub özəllikləri haqqında məlumat verib.
Əminə Allahverdiyevanın və Aydan Nemətovanım aparıcılığı ilə keçirilən tədbirdə ədibin həyatı və fəaliyyəti ilə bağlı çıxışlar edilib. Bədii hissədə Aysu Türkel şairin “Dəniz, göy, məhəbbət”, Zemfira Babayeva “Mənim ürəyim” şeirlərini səsləndirib. Aidə Qarayeva və Ağababa Babayev sözləri Nəbi Xəzriyə, musiqisi M.Maqomayevə məxsus olan “Azərbaycan” mahnısını ifa ediblər. Validə Bayramlı S.Vurğunun “Azərbaycan” şeiri ilə çıxış edib. Fidan Zamanovanın ifa etdiyi milli rəqslə tədbir başa çatıb.