Musa Yaqubun 85 illiyinə həsr olunmuş tədbir
BDU-nun Filologiya fakültəsinin Könüllülər Təşkilatı Xalq şairi Musa Yaqubun 85 illiyinə həsr olunmuş onlayn tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan fakültə üzrə Könüllülər Təşkilatının sədri Rəvan Quliyev gənclərin milli-mənəvi dəyərlərə bağlılığından, onların yüksək əxlaqi keyfiyyətlərlə yetişməsində ədəbiyyatın rolundan, bu baxımdan Xalq şairi Musa Yaqub poeziyasının əhəmiyyətindən danışıb.
Filologiya fakültəsinin I kurs tələbəsi Aişə Babayeva görkəmli ədibin yaradıcılıq yolu haqqında məlumat verib, onun ədəbiyyat tariximizdəki yerindən söz açıb.
Sonra könüllü tələbələr - Ülviyyə Orucova Musa Yaqubun “Taleyin qisməti” və Fidan Xəlilli isə “Sən mənimləsən” adlı şeirlərini səsləndiriblər.
Fatimə Nağızadənin aparıcılığı ilə keçirilən tədbirin sonunda Musa Yaqubun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.