“Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin sinonimliyi” adlı elmi seminar
“Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-də “Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin sinonimliyi” mövzusunda elmi seminarı keçirilib. Seminarda Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Ülviyyə Hüseynova, Azərbaycan dilçiliyi kafedarsının müəllimi, f.ü.f.d Səbinə Vəliyeva, Azərbaycan dili və nitq mədəniyyəti kafedarsının müəllimi Aytəkin Mirzəyeva, Rus dilçiliyi kafedrasının müəllimi, f.ü.f.d. Aytən Muradova, “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, f.ü.f.d Ramil Bayramov, Türkologiya kafedrasının əməkdaşı, f.ü.f.d. Aqşin Əliyev və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən laboratoriyanın kiçik elmi işçisi Sürəyya Hacıyeva bildirib ki, dilçilik elminin ən qədim problemlərindən biri sinonimiya problemidir. Bu məsələəsrlər boyu bir çox dilçiləri narahat etmiş və olarındilçilik elmində öyrənilməsi çox uzun müddət əvvəl başlamışdır. Belə ki qədim yunanlar sinonimləri diqqətlə öyrənərək belə bir qənaətə gəlmişdilər ki, sinonimlərdə dilin zənginliyi, sözlərdə fikir bolluğu və ifadə müxtəlifliyi var.Roma alimləri isə sinonim sözlərin nəinki oxşarlığını, hətta aralarındakı fərqi də dərk etmişdilər.Sinonimiya linqvistik vahidlərin mənalarının tam və ya qismən üst-üstə düşməsi hadisəsidir.
Sinonimlər mənaca bir-birinə yaxın, müəyyən semantik atributlarınana görə birləşmə xassəsi olan elə sözlərdir ki, onlar müəyyən qruplar - sinonimik silsilələr yaradaraq, “ dilin leksik-semantik və ümumi dil sistemində mikrosistemlər” yaradır.Sinonimik əlaqələr nəinki leksemlər arasında, eyni zamanda nitq hissələri arasında da müşahidə edilir.
Linqvistik ədəbiyyatlarda qrammatik sinonimlər əsas qrammatik mənalarına görə üst-üstə düşən, əlavə qrammatik mənalara və məna dairəsinə görə fərqlənən müxtəlif, lakin yekcins qrammatik formalar kimi müəyyən edilir.
Elmi seminar müzakirələrlə başa çatıb.