“Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında Vətən mövzusu” adlı tələbə elmi seminarı keçirilib
Bakı Dövlət Universiteti (BDU) Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında Vətən mövzusu” adlı tələbə elmi seminarı keçirilib.
Mövzu ilə bağlı məruzə edən Filologiya fakültəsinin III kurs tələbəsi Aytac Salahlı öncə Məhəmmədhüseyn Şəhriyarın həyatı barəsində geniş məlumat verib, sonra şairin yaradıcılığındakı Vətən motivli şeirlərin poetik təhlilini aparıb, ədibin poemalarındakı Azərbaycançılıq ideyaları haqqında ətraflı söz açıb.
Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov şairin Azərbaycan ədəbiyyatına və onun yaradıcılığının Azərbaycan Milli Azadlıq Hərəkatına göstərdiyi təsirdən, eyni zamanda şairin lirikasında yer almış milli-mənəvi motivlərdən danışıb, məruzəçinin çıxışı ilə bağlı görüşlərini diqqətə çatdırıb.
Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Nəzrin Əliyeva şairin lirikasındakı xəlqilikdən və Azərbaycançılıq məfkurəsindən bəhs edib, məruzəyə dair fikirlərini bölüşüb.
Elmi seminar müzakirələrlə yekunlaşıb.