“Makrokosmosun mikrokosmosda təzahürü” adlı seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Makrokosmosun mikrokosmosda təzahürü” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova makrokosmos, nikrokosmos məsələlərinin folklordakı əksindən söz açıb: “Antik dövrdən başlayaraq dünyanın ilkin durumunun xaos, onun nizamlanmasının isə kosmos kimi xarakterizə olunmuşdur. Bu təzahür özünü folklorumuzda da göstərir Bu baxımdan mövzu aktual və genişdir”.
Məruzə ilə çıxış edən kafedranın dosenti Könül Həsənova bu mövzuya müraciət etməsinin səbəbini açıqlayıb: “Bu mövzuya müraciət etməmin əsas səbəblərindən biri hal-hazırda dünyada baş verən və dərk etmədiyimiz təbiət hadisələri, qlobal problemlər-su çatışmamazlığı, iqlim dəyişməsi (Ərəbistanda qum səhralarının yaşıllaşması, çayların yaranması), heyvanlarda və insanlarda baş verən genetik dəyişikliklər, bioloji müharibələr – qorxunc virusaların yayılması və qidalar, dünyada mövcud olan ictimai-siyasi gərginliklər və bütün bunlarla yüklənən insan beyninin dünyanın sonu ilə bağlı əlamətlərin olmasına dair informasiya, mülahizələrinin genişlənməsi bu mövzunu aktual etdi”. Məruzəçi təfəkkürün, ibtidai, mifoloji şüurun formalaşdığı ilkin çağlardan ən qədim insanın təbiətdə Tanrı arayışı ilə bugünki müasir insanın nəzəri mülahizələrindəki Tanrı idealının əsas nüvəsi; əsas obyekti Təbiət- İnsan və Tanrı-İnsan konsepsiyası haqqında geniş çıxış edib.
Sonra məruzəçiyə suallar ünvanlanıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosent-professor heyəti çıxışla bağlı təəssüratlarını bölüşüb.