“Xalq mahnıları” adlı tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində Könüllülər Təşkilatının təşəbbüsü ilə “Xalq mahnıları” adlı tədbir keçirilib.
Tədbirin aparıcıları - fakültə könüllüləri Fidan Xəlilli və Ülviyyə Orucova açılış nitqi ilə çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının mədəniyyət və incəsəsənəti çoxəsrlik tarixə malikdir. Xalqımızın musiqiyə dərin məhəbbəti və musiqinin xalq həyatında dərin kök salması bunun bariz örnəyidir. Xalq mahnıları rəngarəng mövzu və məzmununa, ictimai motivlərinə görə bir-birindən fərqlənir.
Xalq mahnılarına aid videoçarx nümayiş etdirildikdən sonra Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi Əli Heydərov “Sarı gəlin” mahnısını səsləndirib.
Tədbirinin ikinci hissəsində musiqi yarışması keçirilib və qalib gələn iştirakçılara fakültə üzrə Könüllülər Təşkilatının sədri Rəvan Quliyev tərəfindən kitablar hədiyyə edilib.
Sonda könüllü tələbələrdən Lumu İspəndiyarzadə, Ayşən Heybətli və Gülnaz Talıbova xalq mahnıları ifa ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.