Könüllülər Təşkilatı qiraət müsabiqəsi keçirib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi üzrə Könüllülər Təşkilatı “Şeir gecəsi” adlı qiraət müsabiqəsi təşkil edib.
Elza Dəmirli və Rəvan Quliyevin aparıcılığı ilə keçirilən müsabiqədə altı tələbənin müxtəlif mövzular üzrə ifadəli şəkildə səsləndirdikləri şeirlər münsiflər heyətinin üzvləri – Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva və “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov tərəfindən dəyərləndirilib.
Dəyərləndirmənin nəticələrinə əsasən, Filologiya fakültəsinin tələbəsi Cahan Salmanova birinci, Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi Xalidə Bayramova ikinci, Fizika fakültəsinin tələbəsi Səma Mehdili üçüncü yerə layiq görülüb.
Sonda qaliblər diplomla mükafatlandırılıb.