Könüllülər Lev Tolstoyun “İvan İliçin ölümü” əsərini müzakirə ediblər
"BDU könüllüləri" təşkilatının nəzdində fəaliyyət göstərən "Retro filologiya" klubunun təşəbbüsü ilə Lev Tolstoyun "İvan İliçin ölümü" əsərinin müzakirəsi keçirilib.
Müzakirə klubun sədri Fatimə Nağızadənin çıxışı ilə başlayıb. Daha sonra Ayşə Quluzadə əsərlə bağlı hazırladığı sualları tələbələrə ünvanlayıb. Sonra könüllülər əsərlə bağlı öz düşüncə və mülahizələrini bölüşüblər.
Qeyd edək ki, Lev Tolstoy “İvan İliçin ölümü” əsərini 1886-cı ildə yazıb. Məhkəmədə yüksək vəzifə sahibi olan İvan İliç ölümcül xəstəliyinin fərqinə vardıqda pulun və şöhrətin əslində həyatda o qədər də vacib olmadığını anlayır. Əsərdə İvan İliçin ölümü və yaxınlarının bu ölümə münasibətindən danışılır. L.Tolstoy bu əsərində öz həyatında baş verən hadisələri də qələmə alıb.