Könüllülər “Ədəbiyyatın yaşıl ahəngi” adlı diskussiya təşkil edib
“BDU könüllüləri” təşkilatının Ekologiya və torpaqşünaslıq və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Ədəbiyyatın yaşıl ahəngi” adlı diskussiya keçirilib.
Tədbir təşkilatın Ekologiya və torpaqşünaslıq və Filologiya fakültələrinin sədrləri Səbinə Vahidova və Ayşə Quluzadə tərəfindən açıq elan olunub. Diskussiya çərçivəsində ədəbiyyatımızda təbiət problemi qaldırılan əsərlərlə bağlı fikir mübadiləsi aparılıb, onların həlli yolları barəsində fikirlər səsləndirilib.
Daha sonra könüllülər komandalara bölünüblər, hər bir komandaya təbiətlə bağlı aforizm verilib və bu aforizmi faktlarla sübut etmək tələb olunub. Hər komanda mövzu ilə bağlı müzakirələr apararaq yaranan fikirləri ümumiləşdirib və komanda rəhbərləri əldə olunan nəticələri auditoriyaya təqdim edərək əsas məqamları səsləndiriblər.
Sonda “Odisseya” komandası qalib gəlib.