“Kitabın sirri” adlı görüş keçirilib
“BDU könüllüləri” təşkilatının “PennaDoro” klubunun və Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Oxu klubu”nun təşkilatçılığı ilə “Kitabın sirri” adlı görüş keçirilib.
Görüşdə məşhur Rus yazıçısı Anton Çexovun “6 nömrəli palata” əsəri müzakirə edilib. İnsan psixologiyası və azad düşüncə kimi mövzular müxtəlif baxış bucaqlarından təhlil olunub.
Müzakirə zamanı hər bir kəsin fərqli düşüncəsinin olduğu və insanların bir-birlərinin fikrinə hörmətlə yanaşması barədə tələbələrə məlumat verilib. Qeyd edilib ki, belə görüşlərin məqsədi gənclər arasında insan azadlığının qorunması və psixoloji dəstəyin əhəmiyyəti haqqında daha geniş maarifləndirmə həyata keçirməkdir.