“Kitabi-Dədə Qorqud” türk elmi-nəzəri düşüncəsində” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasında “Kitabi-Dədə Qorqud” türk elmi-nəzəri düşüncəsində” mövzusunda elmi seminar keçirilib. Laboratoriya əməkdaşlarının iştirakı ilə keçirilən elmi seminarda “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva giriş sözü ilə çıxış edərək, seminarın mövzusunun əhəmiyyətindən danışıb, zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimizin “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapması və bu eposun bizim ümumi sərvətimiz olması, eləcə də hər bir azərbaycanlının onunla haqlı olaraq fəxr edə biləcəyini vurğulayıb.
Mövzu ilə bağlı məruzə edən “Dədə Qorqud” ETL-in baş elmi işçisi, professor Adil Babayev dastanda türk elmi-nəzəri düşüncələr haqqında daha ətraflı məlumat verib. “Dədə Qorqud” dastanının həm türkdilli xalqların ,elecə də Azərbaycanın milli-etnik mədəniyyətini və qədim adət-ənənələrini özündə əks etdirməsini diqqətə çatdırıb. Bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanları Azərbaycanla yanaşı, Avropada və Türkiyədə geniş nəşr edilib və haqqında dünya miqyasında olduqca mühüm tədqiqat əsərləri yazılıb.
Sonra mövzuyla bağlı Aida Əzimova öz fikirlərini bölüşüb. Seminar müzakirələrlə yekunlaşıb.