“Kitabi-Dədə Qorqud” dastanlarında oğuz-səlcuqların izləri” adlı elmi seminar keçirilib
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” ETL-də “Kitabi-Dədə Qorqud” dastanlarında oğuz-səlcuqların izləri” adlı elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva laboratoriya tərəfindən təşkil olunan elmi seminarların mövzusunun əhəmiyyətindən və aktuallığından söz açıb. “Kitabi-Dədə Qorqud”-Azərbaycanın ən qədim abidələrindən biri hesab olunur. Bu dastanların mərkəzi süjet xəttini Vətənin və xalqın qorunması, əxlaqi kodekslər təşkil edir. “Kitabi-Dədə Qorqud” ozanların epik hekayələrindən və nəğmələrindən ibarətdir. Bu boylar “Oğuz-namə” fərqli zamanda və müxtəlif ozanlar tərəfindən Orta Asiya, Azərbaycan və Kiçik Asiya ərazilərində qələmə alınmışdır. Qorqud atanın və Salor Qazanın yaşadığı zaman IX-X ə. Peyğəmbər s.a.s. in yaşadığı dövrdən 300 il sonra hesab edilir.
Seminarın əsas məruzəçisi professor adil Babayev çıxış edərək bildirdi ki, “Dədə Qorqud” dastanları zamanımıza qədər gəlib çatan yeganə yazılı (ana dilində) türklərin eposudur. VIII əsrin sonlarında oğuzlar (tokuz-quzlar, uzlar, quzlar) türk xalqlarının konqlomeratı Sırdarya ərazilərinin aşağı axarlarına və Aral gölü ərazisinə cənubi Sibirdən, Xəzər dənizinə qədər hərəkət etmişdilər. Oğuzlar vahid dil qrupuna və tərkibə malik deyildilər. Orta Asiyada oğuz qəbilələri başqa türk qəbilələri ilə, fars dilli xalqlarla, qərbdə isə xəzərlərlə və Volqa bulqarları ilə qarışaraq X əsrdə dirçəldilər. Bu hadisənin nəticəsi olaraq şimali türkmənlərin və Qazaxstanın cənubi-qərbi “quz çölləri” (dəşti quzan) adını almışdır. X-XI əsrlərin oğuz dili fonetik, qrammatik və leksik göstəricilərə görə qıpçaq dilinə yaxın idi (bu fakt M.Qaşqarinin “Lüğəti” və polovesk “Codex Cumanicux” da vurğulanmışdır). Bu dövr qəbilələr arası münaqişələr nəticəsində Səlcuq başçılığı altında bir qrup İslamla müşərrəflənərək XI ə. Qafqazın qərbində, İranda və kiçik orta Asiyada müasir azərbaycanlıların və türklərin etnik fundamentini qoymuşdur. Digər bir hissəsi isə orta Asiyada qalaraq türkmənlərin və müəyyən anlamda özbəklərin etnik subtratı rolu oynamışdır. Araşdırmalar məhz bu dövrdəki hadisələrin “Kitabi-Dədə Qorqud” dastanlarına daxil olunduğunu göstərir.
Seminarın digər məruzəçisi Əliyeva Fərqanə öz çıxışında bildirib ki, “Dədə Qorqud” dastanlarında adları unudulmuş bir sıra oğuz bəylərinin 30 il bundan əvvəl türk araşdırmaçıları tərəfindən aşkar edilmişdir. Alimlərin ən çox diqqətini çəkən əsərlərdən biri müəllif Yazıcı oğlu Əlinin «Səlcuqların kitabı» ndaki (XV) hissədə qeyd edilmişdir. Bu kitab oğuz və oğuzların tərifi ilə başlayır. Burada Bayandur xan, Salur-Qazan və Qorqud, həmçinin Osmanın sələfləri (əmir Süleyman, I Bayazidin oğlu) qeyd edilmişdir. Həmçinin xana xeyir-dualarda atalar sözlərini, Qorqudun deyimlərini xatırladır və sonluqda oğuz ərənin tərifi əsir düşən Qazan bəyin, bu iki kitab arasındaki, tekstual yaxınlığı ilə sezilir. Buradaki hissənin mərkəzi xətti oğuz alplarının siyahısı, qısa ənənəvi formada onların qəhrəmanlığı haqqında məlumat verilir. Əsas qəhrmanlar: Basat, Barı bəy, Bəyburanın oğlu, Qan-Turalı, Qanlı Qocanın oğlu, Toğrul sultan, Tokuş Qocanın oğlu qızıl körpünü tikir və Əzrail ilə güləşir. Bu Domrulun boyunu əvəz edən boydur bə məşhur ilk Səlcuq sultanının (XI) şəcərəsindən olan Aruz idi. O biri oğuz alplarından Aruz bəy (Əmən bəy Ucunun oğlu), Qara-Günə, Qazan bəyin qardaşı, Dəli Dündar bəy, Qiyan Səlcuq oğlu, Əlp Rüstəm Düzənin oğlu, Okçu Qazan, Əksək Qocanın oğlu.