“Kəlbəcərə gedən yollar” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetində Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşəbbüsü ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsinə həsr olunmuş “Kəlbəcərə gedən yollar” adlı tədbir keçirilib.
Giriş sözü iə çıxış edən Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov 27 il ərzində düşmən tapdağı altında qalmış Kəlbəcər rayonu haqqında geniş məlumat verib, orada həyata keçirilən quruculuq işlərindən söz açıb.
Filologiya fakültəsinin doktorantı Jalə Nağıyeva Kəlbəcərlə bağlı xatirələrini danışıb.
Sonra Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Hümbət Bədəlov “Gülə-gülə qayıdan Kəlbəcər” və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Nuran Yaqubova “Dünəndən bu günə Kəlbəcər” adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə Filologiya fakültəsinin II kurs tələbələri - Validə Bayramlı, Leyla Nəbizadə və Tarix fakültəsin II kurs tələbəsi Nurgül Bağırova Kəlbəcər ədəbi mühitinin yetirməsi olan şairlərin şeirlərini səsləndirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Murad Dadaşəliyev sazda “Ruhani” və “Yanıq Kərəmi” aşıq havalarını ifa edib, Bakı Dövlət Universiteti Könüllüləri nəzdində fəaliyyət göstərən “Lin Orph” musiqi klubun üzvləri - Mənzər Əliyeva “Xudayar təsnifi”, Zəkiyyə Məmmədova və Ülvi Şirinov isə “Torpağın səsi” mahnılarını ifa ediblər.