“İnteraktiv təlim texnologiyaları” adlı seminar
BDU-nun Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının magistrantı Firuzə Qaloyeva “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrə “İnteraktiv təlim texnologiyaları” mövzusunda elmi seminar keçib.
Məruzəçi tələbələrə təlim metodları haqqında geniş məlumat verib, həmçinin “layihə metodu”na aid orta məktəb şagirdlərinin yaradıcı işlərini nümayiş etdirib.
O, dərsdə şagirdlərin diqqətinin necə cəlb edilməsindən, şagirdlərdə motivasiyanın yaradılma üsullarından, müasir interaktiv təlim metodlarından, onların üstün cəhətlərindən, eyni zamanda yarana biləcək problemlərdən və onların həllindən danışıb.
Seminarda tələbələr məruzəçiyə məktəbdə qarşılaşa biləcəkləri maraqlı və problemli məqamlarla bağlı suallar veriblər.
F.Qaloyeva tələbələrə öz təcrübəsindən çıxış edərək müəllimliklə bağlı müxtəlif tövsiyələr də verib.