Rus dili kafedrasında növbəti elmi seminar
Aprelin 11-də BDU-nun Filologiya fakültəsində Rus dili (humanitar fakültələr üzrə) kafedrasının təşəbbüsü ilə “İkinci dilin mənimsənilməsi prosesində yaddaşın rolu” mövzusunda elmi seminar keçirilib. Seminarda Rus dili (təbiət fakültələri üzrə), Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Azərbaycan dilçiliyi, Rus dili (humanitar fakültələr üzrə) kafedralarının əməkdaşları, “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Tahir Əliyev yaddaşın idarə olunması metodları haqqında məlumat verib. Bildirib ki, tədris prossesində linqvodidaktik informasiyanın mənimsənilməsi üçün yaddaşda gedən proseslər müəllim tərəfindən idarə edilməlidir. Ortaya çıxan problemləri həll etmək üçün, ilk növbədə, müasir elmin nəticələrini Azərbaycan linqvodidaktikasına tətbiq etmək zəruridir.
Sonra mövzu ətrafında çıxışlar edilib, məzurəçiyə suallar ünvanlanıb. Tədbir müzakirələrlə yekunlaşıb.