“İfadəli oxudan praktikum” fənnindən nümunəvi dərs
Mayın 27-də BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə III kurs 124-cü qrupunda “İfadəli oxudan praktikum” fənnindən Azərbaycan dili və ədəbiyyatının tədris metodikası kafedrasının professoru Mətanət Abdullayevanın nümunəvi dərsi keçirilib. Dərsdə vətən, məhəbbət və fəlsəfə mövzularındakı ədəbi-bədii çıxışlar qruplar şəklində təqdim olunub.
Dərs “Zəfər” adlı komandanın çıxışı ilə başlayıb. Komanda üzvləri - Qönçə Balayeva, Leyla Şirinova, Günəş Babayeva, Nuriyə Əhədova, Samirə Məmmədova, Sara Məmmədova, Aydan Məmmədova, Lalə Qardaşova, Sona Ağayeva, Aysun Həşimi və Bəsti Baxşəliyeva Vətən mövzusunda şeirlər söyləyib, bədii əsərlərdən parçalar səhnələşdiriblər. Həmçinin qrup tərəfindən şəhid ailələrindən götürülmüş müsahibə məqalə şəklində səsləndirilib.
Sonra dərs məhəbbət mövzusu ilə davam edib. Komanda üzvləri - Aysel Nəcəfova, Qorqud Məmmədli, Tamara Əliyeva, Gülcan Əhədova, Aytac Xəlilova, Mehriban Nəsirova, Sona Hüseynova, Elmira Kazımova və Gülnaz Hüseynova “Arşın mal alan” və “Ölsəm bağışla” əsərlərindən bir parçanı səhnələşdiriblər. Həmçinin komanda üzvləri məhəbbət mövzusunda şeir və məqalələr də səsləndiriblər.
Nümunəvi dərs fəlsəfə mövzusu ilə yekunlaşıb. “Yerdəki ulduzlar” qrupunun üzvləri – Fidan Hüseynova, Selcan Şəfəqətova, Jalə Həsənli, Aysun Şahmarova, Lamiyə Abbasova, Ləman Əliyeva, Aytən Qarayeva, Ülviyyə Bağırova, Nərgiz Əliyeva və Həmid Rəisov Fəridəddin Əttarın “Məntiqüt-teyr” əsərindən bir parçanı səhnələşdirib, mövzu ilə bağlı qəzəl və aforizmlər səsləndiriblər.
Tələbələrin təqdimatlarından sonra nümunəvi dərslə bağlı çıxışlar edilib. Azərbaycan dili və ədəbiyyatının tədris metodikası kafedrasının əməkdaşları – fənn müəllimi professor Mətanət Abdullayeva, dosentlər – Rəna Mahmudova, Rəhilə Quliyeva və Şəlalə Abdullayeva, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayeva, “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov “İfadəli oxudan praktikum” fənnindən tələbələrin hazırlığını yüksək qiymətləndirib, belə nümunəvi dərslərin davamlı olmasının əhəmiyyətinə toxunub, gənclərə uğurlar arzulayıblar.