“İfadəli oxu” fənnindən açıq dərs keçirilib
25 May 2024 17:15

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III kurs, Fl-147-ci qrupunda “İfadəli oxu” fənnindən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəna Mahmudovanın açıq dərsi baş tutub. Dərsdə tələbələr vətənpərvərlik və siyasi lirika, ana və məhəbbət mövzularında çıxışlar edib, hazırladıqları ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.
Açıq dərsdə iştirak edən kafedra əməkdaşları tədris prosesini yüksək qiymətləndirib, tələbələrin çıxışlarını maraqla qarşılayıblar.
Son XƏBƏRLƏR
03.11.2025 | 13:35
“Dədə Qorqud” ETL-da “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib
27.10.2025 | 16:42
“Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib
23.10.2025 | 21:31