“Hüseyn Cavid lirikası” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş “Hüseyn Cavid lirikası” adlı elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Bəsti Səttarova milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatındankı yerindən söz açıb.
Mövzu ilə bağlı məruzə edən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının II kurs magistrantı Gülay Tahirli Hüseyn Cavid lirikasının bir-birindən maraqlı mövzularla əhatələndiyini vurğulayıb. Vətən, maarifçilik, eşq, gözəllik, müharibə mövzulu şeirlərində qoyulmuş məsələlərin ədibin dramaturgiyasında öz bədii həllini tapması məsələsindən danışıb, “Hübuti-Adəm” və “Şeyx Sənan” əsərlərinin bədii-fəlsəfi özəlliklərindən bəhs edib.
Sonra iştirakçılar məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.