Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış
BDU-nun Filologiya fakültəsinin Könüllüləri və Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nə? Harda? Nə zaman?” adlı intellektual yarış keçirilib. Tədbiri giriş sözü ilə açan BDU Könüllülərinin Filologiya fakültəsi üzrə sədri Rəvan Quliyev yarışın şərtləri haqqında məlumat verib.
Yarışda iştirakçılara “Ümumi dünyagörüş”, “Ədəbiyyat”, “Heydər Əliyev və dil” bölmələri üzrə suallar təqdim olunub.
Yarışda hər biri 5 nəfərdən ibarət olan 6 komanda iştirak edib. Gərgin keçən yarışın nəticələrinə əsasən “Super girls” komandası I yerə layiq görülüb. Qaliblər Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tərəfindən sertifikatlarla təltif olunub.