“Heydər Əliyev və Azərbaycan elmi” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsində “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in müdiri, dosent Əliheydər Ağakişiyev, həmin laboratoriyanın əməkdaşı Sədaqət Abduləzizova, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları iştirak ediblər.
Seminarda “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova “Atatürk ideyalarına Heydər Əliyev münasibəti”, elmi işçilər - Samirə Məmmədova “Heydər Əliyevin milli ədəbiyyata konseptual baxışı” və Nigar Əhmədova “Heydər Əliyevin dövlətçilik təlimində dil konsepsiyası” adlı məruzələrlə çıxış ediblər. Çıxışlarda Ulu Öndərin Azərbaycan elminin inkişafı istiqamətində gördüyü işlərdən, ana dilimizə və ədəbiyyatımıza göstərdiyi diqqət və qayğıdan söz açılıb, Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlılığının, vətənpərvəlik və dövlətçilik ideyalarının təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün əhəmiyyəti ön plana çəkilib.
Sonra seminar iştirakçıları məruzələr ətrafında çıxışlar edib, məruzəçilərə suallar ünvanlayıblar.