"Heydər Əliyev: Əsrin Lideri" adlı təbdir
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olunmasınının 102-ci illiyinə həsr olunmuş "Heydər Əliyev: Əsrin Lideri" adlı təbdir keçirilib.
Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov açılış nitqi ilə çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, ana dilimizə, milli ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan söz açıb, əsası Heydər Əliyev tərəfindən qoyulan ideyaların İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdırıb.
Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova Ümummilli Liderin Azərbaycan ədəbiyyatına göstərdiyi xüsusi qayğıdan, ədəbiyyat xadimləri ilə mütəmadi olaraq görüşlərindən, bu sahədə imzaladığı fərman və sərəncamların tarixi əhəmiyyətindən danışıb.
Tədbirin bədii hissəsi Filologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Nuran Yaqubovanın nitqi ilə açıq elan olunub. Ardınca fakültənin tələbələri - Yaqut Tağıyeva, Pərvin Zamanova və Validə Bayramlı şeirlər səsləndirib, Zəkiyyə Məmmədova vokal mahnı, SABAH qruplarının tələbələri — Xanım Məmmədova və Səadət Səmədzadə isə skripkada musiqilər ifa ediblər.