Heydər Əliyevin 100 illiyinə ithaf olunmuş elmi toplu
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən “Filoloji tədqiqlər: ədəbiyyatşünaslıq və dil məsələləri” adlı beynəlxalq elmi-nəzəri məqalələr toplusunun beş nömrəsi çap olunub. Toplunun budəfəki sayı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunub. Toplunun baş redaktoru dosent Nəzakət Hüseynova və rəyçisi isə dosent Elçin Məmmədovdur. Jurnalın bu sayında dosent Nəzakət Hüseynovanın “Heydər Əliyev Mustafa Kamal Atatürk ideyalarının davamçısı kimi” adlı məqaləsi, habelə ənənəvi olaraq ədəbiyyatşünaslığın və dilin müxtəlif sahələrini əhatə edən məqalələr yer alıb. Ədəbiyyatşünaslıq bölməsi Azərbaycan və dünya xalqlarının ədəbi-bədii nümunələri əsasında araşdırmalarla, dil məsələləri bölməsi isə dilin qrammatkasına, metodikasına, nitqin inkişafına, saflığına, üslubna, və s. xidmət edən mövzularda yazılmış tədqiqatlarla zənginləşdirilib.
Jurnaldakı məqalələrlə bu linkdən tanış ola bilərsiniz: “Filoloji tədqiqlər: ədəbiyyatşünaslıq və dil məsələləri” adlı beynəlxalq elmi-nəzəri məqalələr toplusu, № 5, Bakı: Füyuzat, 2023