“Filologiya və süni zəka: sözün yeni erası” mövzusunda mühazirə təşkil edilib
"BDU könüllüləri" təşkilatının Filologiya fakültəsi könüllülərinin təşəbbüsü ilə BDU-nun məzunu, Prezident mükafatçısı, ADA Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Əhməd tələbələrə “Filologiya və süni zəka: sözün yeni erası” mövzusunda mühazirə deyib.
Tanınmş gənc yazar Ramil Əhməd ədəbiyyatın inkişaf tarixi mərhələlərinə qısa nəzər salaraq, süni zəkanın bu sahəyə gətirdiyi yeniliklər və çağırışlar haqqında geniş məlumat verib. O bildirib ki, süni zəka artıq yalnız texnoloji sahələrlə məhdudlaşmır, eyni zamanda yaradıcılıq, tərcümə, dilin analizi və mətnin strukturlaşdırılması kimi filoloji aspektlərdə də mühüm rol oynamağa başlayıb. Həmçinin qonaq süni zəkanın filologiya sahəsinə göstərdiyi müsbət və mənfi təsirlərdən danışıb, süni zəkadan həddindən artıq istifadənin insanlarda analitik düşüncə və məntiqi təfəkkürün azalmasına yol açdığını vurğulayıb.
Sonra R.Əhməd tələbələrin suallarını cavablandırıb və müəllifi olduğu şeirlərdən parçalar səsləndirib.
Sonda qonaq öz kitablarından imzalı şəkildə tələbələrə hədiyyə edib.