Filologiya və Şərqşünaslıq fakültələrinin könüllüləri birgə diskussiya təşkil edib
BDU-nun Filologiya və Şərqşünaslıq fakültələrinin könüllülərinin iştirakı ilə “Sizmi zamanı idarə edirsiniz, yoxsa zamanmı sizi idarə edir?” mövzusunda diskussiya keçirilib. Tədbirdə hər iki fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavinləri iştirak edib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov zamanın idarə olunmasının əhəmiyyətindən və faydalarından, məqsəd və hədəflərin düzgün seçilməsinin vaxtdan səmərli istifadəyə təsirindən söz açıb, mövzu ilə bağlı tövsiyələrini bölüşüb.
Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli çıxış edərək, zamanın düzgün tənzimlənməsində insan zəkası və iradəsinin rolundan, tələbələrin öz ausdə vaxtlarından səmərəli şəkildə yararlanmalarının vacibliyindən danışıb, onlara öz tövsiyələrini verib.
Sonra tələbələr mövzu ətrafında çıxışlar edib, fikir mübadiləsi aparıblar.