Filologiya fakültəsinin tələbələri beynəlxalq simpoziumda məruzə ediblər
Türkiyənin Qazi Universitetinin professoru, tanınmış türkoloq alim Necati Dəmirin rəhbərlik etdiyi Türklərin Dünyası İnstitutunun təşəbbüsü ilə Çexiyanın paytaxtı Praqa şəhərində “Türklərin Dünyası VII Sosial Elmlər Beynəlxalq Simpoziumu” (VII. Uluslararası Türklerin Dünyası Sosyal Bilimler Sempozyumu) keçirilib. Dünyanın müxtəlif ölkələrindən tanınmış türkoloqların qatıldığı simpoziumda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri onlayn formada iştirak ediblər.
Bölmə iclaslarında Filologiya fakültəsinin tələbələri – TEC-in sədri Zəhraxanım Rəhimova “Qıpçaq qrupu türk dillərində ismin hal kateroqriyası” (elmi rəhbər: fil.f.d. Ramil Bayramov), Vüsalə Rizvanova “Sifətin dərəcə kateqoriyası” (elmi rəhbər: dos. Mehriban Əlizadə) və Nəcibə Qurbanova “Mühakimətül-lüğəteyn əsəri haqqında” (elmi rəhbər: dos. Fikrət Şiriyev) adlı məruzələrə çıxış ediblər.
Bölmələrdə tələbələrimizin çıxışları maraqla qarşılanıb və sertifkatlarla təltif olunublar.