Fakültə könüllüləri Heydər Əliyev muzeyində
Ümummilli liderimiz Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış dahi şəxsiyyətdir. Müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Azərbaycana rəhbərliyinin hər iki dövründə respublikamızın inkişafını yüksək səviyyədə təmin edib, ölkəmizin gələcəyi üçün sağlam təməllər qoyub, dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin əsl himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.
Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan Böyük Oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və onun əziz xatirəsini daim dərin ehtiramla yad edir. Bu münasibətlə 10 may 2022-ci il tarixində BDU-nun Filologiya fakültəsi üzrə Könüllülər Təşkilatının idarə heyəti Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev muzeyinə gedib, burada Ulu Öndərin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.