Filologiya fakültəsinin Könüllülər Təşkilatı Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib
BDU-nun Filologiya fakültəsində Könüllülər Təşkilatının təşəbbüsü ilə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Fidan Xəlillinin aparıcı olduğu tədbirdə BDU-nun Könüllülər Təşkilatının sədr müavini və Filologiya fakültəsi Könüllülər Təşkilatının sədri Aysun Məmmədova, sədr müavini Rəvan Quliyev, könüllülərdən Mahirə Rzazadə, Ülviyyə Orucova, Fatimə Nağızadə və Aişə Babayeva mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışlarda Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranmasından və fəaliyyətindən, Azərbaycanın bu nüfuzlu təşkilata üzv olmasından, mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olması yollarından bəhs olunub. Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.