Filologiya fakültəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq elmi konfransda fəal iştirak edib
26-27 aprel 2023-cü il tarixlərində Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Müstəqil Azərbaycanın memarı” adlı Beynəlxalq elmi konfrans keçirilib.
Aprelin 26-da “Gülüstan” sarayında baş tutan konfransın plenar iclasında Filologiya fakültəsinin kollektivi də iştirak edib. Milli Məclisin (MM) deputatı, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərovun moderatorluğu ilə baş tutan plenar iclasda Ulu Öndərin irsinə həsr olunmuş maraqlı elmi məruzələr dinlənilib. Həmçinin BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova da “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans aprelin 27-də öz işini 3 bölmədə davam etdirib, 110-dan çox məruzə dinlənilib. Bölmə iclaslarından birinə Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov sədrlik edib. Qeyd edək ki, bölmələrdə Filologiya fakültəsinin professor-müəllim heyəti də müxtəlif məruzələrlə çıxış edib.