Filologiya fakültəsinin 105 illiyinə həsr olunmuş intellektual yarış keçirilib
21 Dekabr 2024 17:48

BDU-nun Filologiya fakültəsinin “BDU könüllüləri” təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər təşkilatının birgə təşəbbüsü ilə fakültənin 105 illiyinə həsr olunmuş intellektual yarış keçirilib.
Təşkilat nümayəndələri çıxış edərək yarışı açıq elan ediblər. Suallar, əsasən, Filologiya fakültəsinin tarixi və ədəbiyyatla bağlı olub.
Birincilik uğrunda 6 komandanın mübarizə apardığı yarışın sonunda “Araz” komandası yüksək nəticə göstərərək qalib gəlib.
Qalib komandanın bütün üzvləri sertifikatla təltif olunublar.
Son XƏBƏRLƏR
03.11.2025 | 13:35
“Dədə Qorqud” ETL-da “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib
27.10.2025 | 16:42
“Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib
23.10.2025 | 21:31