Filologiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 15 kafedra (Azərbaycan ədəbiyyatı tarixi, Rus ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi, Azərbaycan şifahi xalq ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Türkologiya, Ümumi dilcilik, Rus dilçiliyi, Dünya ədəbiyyatı, Azərbaycan dili və nitq mədəniyyəti, Rus dili (humanitar fakültələr üzrə), Rus dili (təbiət fakültələri üzrə), İngilis dili (təbiət fakültələri üzrə) İngilis dili (humanitar fakültələri üzrə), Alman və fransız dilləri kafedraları) və 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində 7 ixtisas üzrə - “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə), filologiya (rus dili və ədəbiyyatı), filologiya (alman dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı), filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)” ixtisaslarının məzunları ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) tədris apara bilərlər.
“Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Filologiya (rus dili və ədəbiyyatı)”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisasları üzrə məzunlar filologiya istiqamətli elmi-tədqiqat institutları, dövlət qurumları, müxtəlif müəssisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər.
Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.