Filologiya fakültəsində Ulu Öndərə həsr olunmuş “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Ümummilli Liderin gələcək nəsillərə örnək keşməkeşli ömür yolundan, onun zəngin irsinin daim araşdırılması və gənc nəslə aşılanmasının zəruriliyindən, sovet dövründə və müstəqillik illərində dövlət, millət və ordu quruculuğu, həmçinin elm və mədəniyyət sahəsində həyata keçirdiyi mühüm addımlardan söz açıb, ana dilimizə və ədəbiyyatımıza göstərdiyi xüsusi diqqət və qayğının bu gün də Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Aytəkin Mirzəyeva Azərbaycan dilinin dövlət dilinə çevrilməsində, mədəni və sosial-siyasi həyatda layiqli yer tutmasında, dünya diplomatiyasına yol tapmasında Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında məlumat verib, dahi liderin XX əsrin görkəmli natiqlərindən biri kimi bənzərsiz keyfiyyətlərindən danışıb.
Tədbir ədəbi-bədii və musiqili çıxışlarla davam edib. Tələbələr Ümummilli Liderin sevdiyi şeirləri və mahnıları ifa edib, ona həsr olunmuş səhnəcik təqdim ediblər.