Filologiya fakültəsində Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov milli azadlığımız və ərazi bütövlüyümüz uğrunda xalqımızın apardığı çoxəsrlik tarixi mübarizədən, XX əsrdə iki dəfə əldə olunan müstəqillik dövründə Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən, xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan müasir Azərbaycanın son 33 ildə qazandığı misilsiz uğurlardan, 44 günlük Vətən Müharibəsində əldə olunan parlaq qələbədən söz açıb, tədbirin təşkil olunmasında yaxından iştirak edən bütün tələbələrə təşəkkürünü bildirib.
Sonra fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov “Tariximizin şanlı səhifəsi” adlı məruzə ilə çıxış edib, ardınca vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.
Tədbir tələbələrin bədii çıxışları ilə davam edib. XI simfoniya klubunun üzvləri Nazim Həsənli, Arzu Sayadova, Nərmin Məhərrəmov, Sudana Əsədova və Rəna Əsədova “Ey əziz anam”, “Azərbaycan” mahnılarını ifa edib, tələbələrdən Validə Bayramlı və Aydan Aslanlı vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.