Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Yazıçılar Gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Yazıçılar Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Giriş sözü ilə çıxış edən Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sezər Məmmədli bu əlamətdar günün əhəmiyyətindən, Azərbaycan yazıçılarının fəaliyyətindən, yazıçılara göstərilən dövlət qayğısından söz açıb.
Sonra fakültənin I kurs tələbələri - Rəhiməxanım Əlipənahova, Günel Əliyeva, Cahan Salmanova, Aytən Əliyeva, Mədinə Hacıyeva, Leyla Əliyeva, II kurs tələbələri - Aytən İsmiyeva,Xanım Heybətova, Fidan Hüseynova, Solmaz Sultanlı və fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Fidan Məmmədquliyeva görkəmli dünya və Azərbaycan yazıçılarının həyat və yaradıcılıqlarına haqqında geniş məlumat veriblər.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.