Fakültə könüllüləri Xalq şairi Ramiz Rövşənlə görüşdə iştirak ediblər
“BDU könüllüləri” təşkilatının Filologiya fakültəsinin könüllüləri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Ramiz Rövşənlə görüşdə iştirak ediblər.
Görüş zamanı tələbələr Xalq şairinin çıxışlarını canlı şəkildə dinləmək, onun ədəbi yaradıcılığı və həyat yolu ilə bağlı daha yaxından məlumat almaq imkanı əldə ediblər. Görüşün sonunda Ramiz Rövşən könüllülərə imzalı kitablarını bağışlayıb, onlarla xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, Ramiz Rövşən – yazıçı, esseist, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Respublikasının Xalq şairidir. Onun poetik dili, milli-mənəvi dəyərlərə söykənən əsərləri və dərin fəlsəfi fikirlərlə zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq nümunələrindən sayılır.