Fakültə könüllüləri "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasını izləyiblər
"BDU könüllüləri" təşkilatının Filologiya fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə Şuşa Dövlət Musiqili Dram Teatrında M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" əsəri izlənilib.
Tamaşada XIX əsr Azərbaycan cəmiyyətində elm və mövhumatın, Qərb və Şərq düşüncələrinin toqquşması yumoristik və satirik dillə səhnələşdirilmişdir. Əsərin əsas qəhrəmanlarından olan fransız botaniki Müsyö Jordan, elm və inkişaf rəmzi kimi təqdim olunarkən, derviş Məstəli şah isə cəhalətin və planlı şəkildə qorunan mövhumatın təmsilçisinə çevrilir.
Həmçinin qeyd edək ki, bu tamaşada o dövrün ailə münasibətləri, təhsilə münasibət, qadının cəmiyyətdəki rolu kimi mühüm sosial mövzulara toxunulub.